Mirra Andreyeva 2026-cı ilin “İlin tennisçisi” mükafatına namizədlər arasındadır
NQ
Rusiya təmsilçisi Mirra Andreyeva 2026-cı ilin WTA (Qadın Tennis Assosiasiyası) üzrə “İlin tennisçisi” mükafatına namizəd göstərilib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Andreyeva 2026-cı ildə altı finalda iştirak edib və dörd titul qazanıb. Onun əldə etdiyi uğurlar arasında “Roland Garros” turnirində ilk “Böyük dəbilqə” çempionluğu və debüt etdiyi WTA Finals turnirinin qalibi olması da yer alır.
Andreyeva 2026-cı ildə WTA turunda 71 oyun keçirərək ən çox matçda iştirak edən, 55 qələbə ilə isə ən çox qalibiyyət əldə edən tennisçi olub. O, mövsümü dünya reytinqində ikinci pillədə başa vuraraq 2006-cı ildə Mariya Şarapovadan sonra ilin sonuna ən gənc ikinci tennisçi kimi tarixə düşüb.
Mükafat uğrunda Belarus təmsilçisi Aryna Sabalenka, çexiyalı Linda Noskova, ukraynalı Elina Svitolina və qazaxıstanlı Elena Rybakina da mübarizə aparır.