Paşinyan: Ermənistanın NATO-ya qoşulmaq niyyəti yoxdur
NQNuray Qafarzadə

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlük prosesinə başlamasına baxmayaraq, NATO-ya qoşulmaq niyyətində olmadığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Ermənistan Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində imzalanan Avropa təhlükəsizliyinin əsas prinsiplərini müəyyən edən xartiyaya NATO ilə bağlı müddəalara görə qoşulmayıb. Baş nazir qeyd edib ki, İrəvan sənədin digər müddəalarını qəbul edir və Avropa tərəfdaşları ölkənin mövqeyinə anlayışla yanaşıblar.