Putin və Rahmon Tacikistanda Rusiya hərbi bazasının fəaliyyətini müzakirə ediblər
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rahmon Düşənbədə keçirilən görüşdə Rusiya hərbi bazasının fəaliyyəti, regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Putin Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasını Mərkəzi Asiya regionunda təhlükəsizliyin əsas təminatçılarından biri adlandırıb.
Görüşdə, həmçinin Rusiya dilinin Tacikistanda dəstəklənməsi, regional təhlükəsizlik və iki ölkə arasında əlaqələrin inkişafı məsələlərinə toxunulub.