Putin və Tramp Şençjendə qısa söhbət ediblər
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən rəsmi qəbul zamanı qısa söhbət edərək əl sıxışıblar.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, görüş Çin lideri Si Cinpinin ev sahibliyi etdiyi mərasimdə baş tutub. Daha sonra Si Cinpin hər iki prezidenti birgə foto çəkdirmək üçün yerlərinə dəvət edib.
Qeyd edək ki, sabah Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Bu, Trampın iki prezidentlik müddəti ərzində Rusiya və ABŞ liderlərinin səkkizinci üzbəüz təması olacaq.