Rubio Əbu-Dabidəki Rusiya-ABŞ-Ukrayna danışıqlarını məhsuldar adlandırıb
NQNuray Qafarzadə

ABŞ dövlət katibi Marko Rubio Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların məhsuldar olduğunu bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rubio Parisdə jurnalistlərə açıqlamasında danışıqların müsbət keçdiyini, lakin həllini gözləyən çoxsaylı məsələlərin qaldığını qeyd edib. O vurğulayıb ki, münaqişənin həlli yaxın 24 saat ərzində baş verəcək proses deyil. Rubio hazırda G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisdə səfərdədir.