Rusiya E3 ölkələrinin nümayəndələrinin Moskvaya səfərinə hazırlaşır
NQNuray Qafarzadə

Rusiya Böyük Britaniya, Almaniya və Fransadan ibarət E3 ölkələrinin nümayəndələrinin Moskvaya səfərinə hazırlaşır. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Ryabkov Rusiya ilə Avropa İttifaqı və NATO arasında təmaslarda bütün tərəflərin bərabər və bölünməz təhlükəsizliyi prinsipinin Moskva üçün əsas şərt olduğunu vurğulayıb.
O, bu prinsipin beynəlxalq münasibətlərdə və təhlükəsizlik məsələlərinin müzakirəsində nəzərə alınmasının vacibliyini qeyd edib.