Rusiya FIFA reytinqində 35-ci yerdə qərarlaşıb
NQNuray Qafarzadə

Rusiya milli futbol komandası FIFA-nın açıqladığı son dünya reytinqində mövqeyini qoruyaraq 35-ci sırada qalıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya yığması 1545,59 xalla siyahıda 35-ci yerdə qərarlaşıb.
Komanda bu ay keçirdiyi yoldaşlıq görüşlərində Özbəkistanı səfərdə 3:2, Venesuelanı isə öz meydanında 2:0 hesabı ilə məğlub edib. Reytinqin ilk üçlüyündə İspaniya (2004,48 xal), Argentina (1966,13 xal) və Fransa (1950,82 xal) yer alıb. FIFA-nın növbəti dünya reytinqi dekabrın 16-da açıqlanacaq.