Rusiya mətbuatı: Ukrayna üzrə sülh danışıqları və Ermənistanın KTMT-də səsvermə hüququ gündəmdədir
NQ
Rusiya mətbuatının cümə günü, noyabrın 13-də dərc olunan əsas xəbərlərində Ukrayna üzrə sülh danışıqları, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) mövqeyi və Şimal Dəniz Marşrutunun inkişafı diqqət mərkəzində olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ nümayəndələri ilə Ukraynada sülhün əldə olunması istiqamətində aparılan səyləri müzakirə edib. Gələcək danışıqlarda Avropa ölkələrinin mümkün iştirakı da gündəmdə qalıb.
Mətbuatın diqqət çəkdiyi digər məsələlərdən biri Ermənistanın Moskva ilə münasibətlərindəki gərginlik fonunda KTMT-də səsvermə hüququnu itirməsi, lakin təşkilat üzvlüyünü saxlaması olub.
Bundan əlavə, Rusiyanın yükdaşımaların artması və xarici marağın genişlənməsi fonunda Şimal Dəniz Marşrutunu inkişaf etdirməsi də qəzetlərin əsas mövzuları sırasında yer alıb.