Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasından kənarda qalıb
NQNuray Qafarzadə

Rusiya milli futbol komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak edəcək komandaların siyahısına daxil edilməyib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında dərc olunan məlumatda bildirilib.
Püşkatmada 2026/2027-ci il UEFA Millətlər Liqasının qrup mərhələsində çıxış etmiş 54 milli komanda iştirak edəcək. Rusiya yığması isə turnirin oyunlarına buraxılmadığı üçün siyahıda yer almayıb. AVRO-2028-in seçmə mərhələsinin qrup püşkatması dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.