Rusiya qüvvələri Ukrayna ordusunun enerji və nəqliyyat obyektlərinə zərbələr endirib
NQ
Rusiya qüvvələri son 24 saat ərzində Ukrayna ordusunun istifadə etdiyi enerji və nəqliyyat infrastrukturu obyektlərini, eləcə də hərbi mövqeləri hədəfə alıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat-taktiki aviasiya, hücum dronları, raket qoşunları və artilleriya vasitəsilə Ukrayna ordusunun fəaliyyətini təmin edən enerji və nəqliyyat infrastrukturu, hərbi aerodromlar, pilotsuz uçuş aparatlarının və yerüstü robot sistemlərinin istehsal və saxlanma məntəqələri, sursat anbarları, eləcə də hərbi birləşmələrin müvəqqəti yerləşmə məntəqələri vurulub. Nazirliyin məlumatına görə, zərbələr ümumilikdə 148 ərazidə həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyi, həmçinin son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində döyüşlər nəticəsində Ukrayna ordusunun təxminən 1065 hərbçi itirdiyini iddia edib.