Rusiya qüvvələri Ukraynada PUA istehsalı və saxlanma məntəqələrinə zərbələr endirib
NQNuray Qafarzadə

Rusiya ordusu son sutka ərzində Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və saxlanması məntəqələrini, eləcə də hərbi qüvvələrin müvəqqəti yerləşdiyi əraziləri hədəfə alıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aviasiya, hücum PUA-ları, raket qoşunları və artilleriya Ukrayna ordusunun əməliyyatlarını dəstəkləyən hərbi aerodromlara, enerji və nəqliyyat infrastrukturu obyektlərinə, sursat anbarlarına və digər hərbi hədəflərə ümumilikdə 143 ərazidə zərbələr endirib.