Rusiya Ukraynada müdafiə müəssisələrini və nəqliyyat infrastrukturu obyektlərini kütləvi zərbə ilə hədəfə alıb
NQ
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın Kiyev şəhəri, Kiyev, Dnepropetrovsk, Nikolayev, Lvov və İvano-Frankovsk vilayətlərində müdafiə sənayesi müəssisələrini, anbar terminallarını, enerji və nəqliyyat infrastrukturu obyektlərini vurub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində Ukraynanın raket və pilotsuz uçuş aparatlarının istehsalı və saxlanması ilə məşğul olan müəssisələri, eləcə də enerji və nəqliyyat obyektləri hədəfə alınıb.
Bundan əlavə, Odessa vilayətində liman infrastrukturu obyektlərinə və Ukrayna ordusunun maraqları naminə istifadə olunan dəniz gəmilərinə zərbələr endirilib.