Rusiyanın Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb
NQNuray Qafarzadə

Rusiyanın Kemerovo vilayətində, Yaqonovo kəndi yaxınlığında An-12 yük təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində təyyarənin bütün heyət üzvləri həlak olub.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk məlumat verib.
Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir və qəzanın səbəbləri araşdırılır. Medianın ilkin məlumatlarına əsasən, təyyarənin göyərtəsində 13 nəfər olub.