Ukraynanın dron hücumları Rusiyada insan tələfatına və dağıntılara səbəb olub
NQNuray Qafarzadə

Rusiyanın müxtəlif bölgələrinə gecə saatlarında həyata keçirilən dron hücumları nəticəsində Volqoqradda dörd nəfər həlak olub, iki nəfər yaralanıb, Rostov-na-Donuda isə yaşayış binalarına ziyan dəyib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Volqoqraddakı sənaye müəssisələrindən birinə hücum nəticəsində dörd əməkdaş həyatını itirib. Rostov-na-Donuda isə hava hücumu nəticəsində doqquz çoxmənzilli yaşayış binasına ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində 1 198 Ukrayna pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib.