Zaxarova: Rusiya NATO ölkələrinə hücum etmək niyyətində deyil
NQNuray Qafarzadə

Rusiya sülh şəraitində yaşamaq istəyir və NATO ölkələrinə hücum etmək niyyətində deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Zaxarova Avropanın Rusiya enerji resurslarından imtina etməsini təəssüf doğuran və özünə zərər verən addım kimi qiymətləndirib.
O, Estoniyanın Rusiya ilə sərhədini bağlamaq planlarını həyata keçirəcəyi təqdirdə Moskvanın milli maraqlarını qorumaq üçün zəruri siyasi və diplomatik tədbirlər görəcəyini vurğulayıb.
Zaxarova Estoniyanın bu addımını Şərqdən gələn təhlükə bəhanəsi ilə yeni “Dəmir pərdə” yaratmaq cəhdi kimi xarakterizə edib.