ABŞ-da aralıq seçkilərində demokratlar Konqresin hər iki palatasında üstünlük qazanıb
NQNuray Qafarzadə

ABŞ-da keçirilən aralıq seçkilərin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyasının namizədləri Nümayəndələr Palatası və Senatda nəzarəti ələ keçiriblər.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, çərşənbə axşamı Senatın 100 yerindən 35-i, Nümayəndələr Palatasının isə 435 yerinin hamısı uğrunda mübarizə aparılıb. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilib.
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının məğlubiyyətindən bir qədər təəccübləndiyini bildirib. O, demokratlarla işləməyə hazır olduğunu desə də, bütün qərarlara veto qoyacağını vurğulayıb.