Putin: Rusiya heç kimə təhlükə yaratmır və əməkdaşlıq istəyir
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin heç vaxt heç kimə təhlükə yaratmadığını və digər dövlətlərlə əməkdaşlığa can atdığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Putin bu fikirləri Kremldə keçirilən mükafatlandırma mərasimində səsləndirib. O qeyd edib ki, Rusiyanın heç kimə təhlükə yaratmadığının beynəlxalq siyasi səviyyədə qəbul edilməsi hazırda xüsusi əhəmiyyət daşıyır.
Prezident əlavə edib ki, Moskva digər ölkələrlə əməkdaşlıqda maraqlıdır.