Kanada Rusiya hokkeyçilərinə viza verməyəcək – Karni
NQ
Kanada hökuməti ilin sonu və gələn ilin əvvəlində ölkədə keçiriləcək gənclər arasında dünya çempionatında iştirak etmək istəyən Rusiya hokkeyçilərinə viza verməyəcək.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni CTV News telekanalına açıqlamasında bildirib. O, Rusiya millisinin turnirdə iştirak etməyəcəyini və bu qərarın Kanada tərəfindən müstəqil şəkildə verildiyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 30-da İdman Arbitraj Məhkəməsi Rusiya milli komandalarının beynəlxalq yarışlarda iştirakına icazə verilməsi barədə qərar qəbul edib. Bundan sonra Almaniya, Çexiya, İsveç və Norveç hokkey federasiyaları qərardan narazılıqlarını bildiriblər.