Bloomberg: Demokratlar ABŞ Senatında nəzarəti ələ keçirib
NQNuray Qafarzadə

ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə dair proqnozlara əsasən, Demokratlar Partiyası Senatda çoxluğu təmin edərək yuxarı palataya nəzarəti ələ keçirəcək.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Bloomberg-in hesablamalarına görə, demokratlar Senatda ən azı 51 yer qazanacaqlar.
Hazırkı tərkibdə respublikaçılar 100 yerlik Senatda 53, demokratlar və onları dəstəkləyən müstəqil namizədlər isə ümumilikdə 47 yerə sahibdirlər.