Tramp Konqresə aralıq seçkilərinin nəticələrini qəbul edəcəyini bildirib
NQNuray Qafarzadə

ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini qəbul etməyə və Demokratlar Partiyasının nümayəndələri ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.
ABŞ lideri seçkilərin nəticələrini tam şəkildə qəbul edəcəyini vurğulayıb və demokratlarla ortaq məxrəcə gəlmək üçün işləməyə hazır olduğunu bildirib.