Avropada qazın qiyməti 1000 dollara düşüb
NQ
Avropanın qaz birjalarında təbii qazın qiyməti ABŞ və İran arasında diplomatik danışıqlarla bağlı müsbət gözləntilər fonunda 1000 dollar səviyyəsinə enib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına əsasən, Niderlandın TTF habında dekabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1004 dollara düşüb. Gün ərzində qiymətlərdə azalma 9 faizi ötüb.
Məlumata görə, Avropada qazın orta qiyməti oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1000 dollara çatıb. Qiymət artımına qış mövsümü ərəfəsində qaz anbarlarındakı ehtiyatların rekord həddə azalması və Yaxın Şərqdə davam edən münaqişə təsir göstərib.