Peskov: Əbu-Dabidəki danışıqlarda təhlükəsizlik təminatları müzakirə olunacaq
NQ
Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda tərəflərin qarşılıqlı təhlükəsizlik təminatları əsas müzakirə mövzusu olacaq.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Avropanın danışıqlarda iştirakını istisna edib. O bildirib ki, görüşün üçtərəfli formatda keçirilməsi əvvəlcədən razılaşdırılıb.
Peskovun sözlərinə görə, Rusiya gələcəkdə Avropada təhlükəsizlik sistemi ilə bağlı avropalılarla danışıqlar aparmalı olacaq. Bununla belə, həmin danışıqlarda kimin tərəfdaş olacağının müəyyənləşdirilməsi vacibdir.
Kremlin sözçüsü ABŞ-ın birinci xanımı Melaniya Trampın təşkil etməyi planlaşdırdığı Rusiya və Ukrayna nümayəndələrinin görüşündə Rusiyanı kimin təmsil edəcəyinin hələ məlum olmadığını da qeyd edib.