Rusiya ordusu Ukrayna ordusunun istifadə etdiyi liman infrastrukturuna zərbələr endirib
NQNuray Qafarzadə

Rusiya qüvvələri son sutka ərzində Ukrayna ordusunun istifadə etdiyi liman infrastrukturu obyektlərinə, pilotsuz uçuş aparatlarının saxlanma və buraxılış məntəqələrinə zərbələr endirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərbələr Ukrayna hərbi birləşmələrinin və xarici muzdluların yerləşdiyi 144 ərazini əhatə edib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində Ukrayna ordusunun təxminən 1105 hərbçisi itki verib. Həmçinin zirehli döyüş maşınları və digər hərbi texnikanın məhv edildiyi iddia olunub.