Polşa Rusiya ilə sərhədə xüsusi təyinatlı qüvvələr yerləşdirib
NQNuray Qafarzadə

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd bölgəsinə mümkün təxribatların qarşısını almaq məqsədilə xüsusi təyinatlı qüvvələr göndərib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk GROM xüsusi əməliyyatlar bölməsinin hərbçilərinin polis əməliyyatına cəlb olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, qərar Polşa və xarici kəşfiyyat xidmətlərinin mümkün təxribat və sabotaj hazırlıqları barədə məlumatları əsasında qəbul edilib. Bununla belə, Tusk iddiaları təsdiqləyən hər hansı sübut təqdim etməyib.