Lavrov: Aİ-nin atəşkəs çağırışları Ukraynada müharibəni uzatmağa xidmət edir
NQNuray Qafarzadə

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının müxtəlif bəhanələrlə atəşkəs və barışıq çağırışları etməsinin Ukraynada müharibəni uzatmaq məqsədi daşıdığını iddia edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Lavrov bu barədə Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi üzrə IV Beynəlxalq Konfransın plenar iclasında danışıb.
O, dünyada yeni dünya nizamının prinsiplərini kimin müəyyənləşdirəcəyi uğrunda ciddi mübarizənin getdiyini bildirib. Lavrov, həmçinin Avropa İttifaqının sürətlə aqressiv militarist bloka çevrildiyini vurğulayıb.