Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq yanıb
RHRəşad Hüseynov

Hərbi Dəniz Qüvvələrinin yaydığı rəsmi açıqlamaya əsasən, Hörmüz boğazında hərəkətdə olan bir neft tankeri dəniz minasına toxunub. Məlumatda bildirilir ki, identifikasiya və naviqasiya sistemlərini söndürən gəmi edilən xəbərdarlıqlara məhəl qoymayaraq boğazın şərqindəki qadağan olunmuş zonaya daxil olub.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, təxminən bir saat əvvəl dəniz minalarına çırpılan gəmidə güclü partlayış baş verib. Hadisə nəticəsində alovlanan neft daşıyıcısı hərəkətini tamamilə dayandırıb. Hazırda ərazidə baş verən insidentin təfərrüatları və zərərin miqyası araşdırılır.