Yunanıstan ordusunda kütləvi istefalar: yeni alınan silahları idarə edəcək kadr tapılmır
RH
Türkiyənin təhdid yaratdığı iddiası ilə İsraildən aldığı silahlara milyardlarla avro xərcləyən Yunanıstanın silahlı qüvvələrində kütləvi istefa böhranı yaşandığı üzə çıxıb. İqtisadi çətinliklərə baxmayaraq sürətlə silahlanmağa çalışan Afinanın yeni əldə etdiyi müdafiə sistemlərini idarə edəcək təcrübəli heyəti itirdiyi müəyyənləşib. Yunanıstanın "Militaire" xəbər saytında istefada olan general Tomas Haciatanasyunun dərc etdiyi təhlilə görə, 2026-cı ilin əvvəlindən bəri Quru Qoşunlarından 750 hərbçi tərxis olunub.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, eyni dövrdə ölkənin Hərbi Dəniz Qüvvələrində cəmi doqquz ay ərzində 254 nəfər xidmətdən ayrılıb. Hərbi Hava Qüvvələrində isə vəziyyət daha kritik həddə çatıb və Fransada təlim keçmiş "Rafale" qırıcılarının elektron sistem mütəxəssisləri də daxil olmaqla önəmli texniki personal ordunu tərk edib. İstefada olan general kadr çatışmazlığı dərinləşdiyi halda, hökumətin silah alışına milyardlarla avro ayırmaqda davam etməsinin ciddi ziddiyyət yaratdığına diqqət çəkib.