Ursula fon der Lyayen: Ukrayna üzrə növbəti danışıqlarda güclü Avropa komandası iştirak edəcək
RH
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq yollarının axtarılmasına yönəlmiş növbəti danışıqlar mərhələsində güclü Avropa komandasının iştirak edəcəyini bildirib. Qurum rəhbəri bu fikirləri Strasburqda Avropa Parlamentinin iclası zamanı çıxış edərkən səsləndirib. Siyasətçi diplomatiyaya uğur qazanmaq üçün ən yaxşı şansın verilməsinin zəruriliyini xüsusi olaraq diqqətə çatdırıb.
Postxronika.az Unian-a istinadən xəbər verir ki, Komissiya sədri son həftələrdə sülh prosesində yeni bir canlanmanın müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqının bu müzakirələrdə fəal təmsil olunması həyati əhəmiyyət daşıyır. Fon der Lyayen bunu Ukraynanın təhlükəsizliyinin birbaşa Avropanın öz təhlükəsizliyinə təsir etməsi ilə əsaslandırıb.